“SOCAR Türkiyə” bu avtomobilləri pulsuz benzinlə təmin edir

“SOCAR Türkiyə” bu avtomobilləri pulsuz benzinlə təmin edir

Hazırda oxunan: “SOCAR Türkiyə” bu avtomobilləri pulsuz benzinlə təmin edir

119092

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin məlumatında bildirilib. 

Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir. 

Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində materialı təmin edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO