Bürclərin etibarlılıq səviyyəsi – Kimlərə güvənmək olar, kimlərə yox?

Bürclərin etibarlılıq səviyyəsi – Kimlərə güvənmək olar, kimlərə yox?

Hazırda oxunan: Bürclərin etibarlılıq səviyyəsi – Kimlərə güvənmək olar, kimlərə yox?

119046

Güvən əksər insanlar üçün münasibətlərdə ən önəmli faktordur. Lakin etibar qazanmaq o qədər də asan məsələ deyil. Bəzi insanlara asanlıqla güvənmək olar, bir çoxlarının ipi ilə quyuya enmək isə böyük xətadır.

Bir insana etibar edib-etməməkdə qərarsızsınızsa, onun bürcünə diqqət yetirə bilərsiz. Çünki bürclər insanın etibarı ilə bağlı bir çox mətləbləri dəqiqliklə deməyə imkan verir.

Bizim.Media bürclərin etibarlılıq səviyyəsini araşdırıb.

Qoç

Çətinliyə və ya bir sıxıntıya düşdüyün zaman Qoça etibar edə bilərsən. Qoç dürüstlüyü ilə könüllərdə özünə taxt qurmağı bacaran bürcdür. Davaya gedirsən? Bilsə ki, öləcək, səni əsla yarı yolda buraxmaz. Qoçun cəsarətinə və dürüstlüyünə güvən.

Buğa 

Əgər dünyada güvən mükafatı olsaydı, o mükafatı Buğaya verərdilər. Bütün münasibətlərinə sədaqətli olan Buğa nə olursa, olsun, aldatmaz, yarı yolda buraxmaz. Pulunu, işini, hisslərini, sevgini əmanət edib rahat yaşaya bilərsən. O sənin üçün bütün dəyərlərini güvəndə saxlamağı bacarır.

Əkizlər

Əkizlər ikili xarakteri ilə tanınır. Ona görə də onlara güvənməkdən söhbət belə gedə bilməz. Yalnız bir məsələdə, əkizlərə etibar edə bilərsiniz. O da məsləhətə ehtiyacınız olduqda. Çünki əkizlər doğru yol göstərməyi bacarırlar. Bu mövzuda onların ağlına güvənə bilərsiz.

Xərçəng

Xərçəngin sevgisinə şübhə etmək günahdır. Başını qoyub ağlayacaq bir çiyin, dərdlərini paylaşa biləcək dost istəyənlər tərəddüd etmədən özlərini Xərçəngə etibar edə bilərlər. Yaxınlarına qarşı sevgi dolu olan xərçənglər, həqiqətən mərhəmətli insanlardır.

Şir 

Şir bürcü altında doğulanlar comərd olur. Dara düşsəniz, borca batsanız, Şir əlinizdən tutub sizi qaldıracaq. Səmimiyyətinə hər zaman inanmalısınız. Şirlərin əli açıq, ürəyi təmiz olur. Xilaskar hesab edilə bilərlər. Yetər ki, eqolarını əzməyin.

Qız 

Üst-üstə səhv edib, altından çıxa bilmirsinizsə, Qız bürcünə inanın. Analitik bacarıqları ilə bütün dərdlərinizə çarə taparlar. Qız bürcü xırdalıqları görməyənlər üçün məlumat tablosu, bir-birinə qarışmış, ümidsiz münasibətlərin işıq qaynağıdır. Güvənə bilərsiniz.

Tərəzi 

Ədalətin ölçüsünü ölçən tərəzilər nadir hallarda səhv edirlər. Lakin hər mövzuda onlara etibar etmək olmaz. Çünki istənilən vəziyyətdə başqalarının istəkləri ilə öz maraqlarını balanslaşdırmağa meyillidirlər. Ancaq dost hesab etdikləri insanların qəlbini qırmadan səhvlərini deyər, xətalarını başa salar. 

Əqrəb

Çətinliklərlə mübarizə apardığın zaman qazandığın bir əqrəb dostuna rahatlıqla güvənə
bilərsən. Heç nəyini gizlətmə, inan, məsləhətləş. Probleminizi həll etmək üçün əllərindən gələni edərlər. Bir şərtlə ki, onların qəlbini qırmayasız. Bunu etmisinizsə, intiqam almaq üçün etibarınızdan belə istifadə edə bilərlər.

Oxatan

Ağlamaqdan yorulmusan, hər şeydən bezmisən. Artıq sevincli yaşamağın zamanıdır, burax həyatına oxatan gəlsin. Ona bütün düşüncələrini və pulunu etibar edə bilərsən. Ortaq olmaq üçün ən yaxşı bürcdür.

Oğlaq

Əgər yaxınlığında bir Oğlaq varsa, bütün məsuliyyətlərini ona yükləyə bilərsən. Çətinlikdə olanların çıxış yolu Oğlaqdır. Onunla gözəl günlər keçirə bilərsiniz. Həm maraqlı adamdır, həm də məsuliyyətlidir.

Dolça

Heç vaxt yardım istəyini geri çevirməzlər. Onlara tam güvənə, dərdlərinizi danışa bilərsiz. Lakin onların danışığı ilə davranışları üst-üstə düşməz. Ağıllıdır, bacarıqlıdır, amma öz eqosuna məğlubdur və hərdəmxəyaldırlar. Ona görə də bəzi hallarda üzdə yardım edirmiş kimi görünüb, əslində quyunuzu qaza bilərlər.

Balıq

İnanmağa tərəddüd etdiyin insanlar haqqında balığa danışa bilərsən. Müdrikdir. Balığın fikirlərinə, düşünmə qabiliyyətinə, mərhəmətinə və şəfqətinə güvən. Sirr saxlamağı yaxşı bacarırlar. İnsanların güvənini doğrultmağa böyük önəm verirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO