AZAL Türkiyəyə gedənlər üçün qiymətləri UCUZLAŞDIRACAQMI? – Qurumdan AÇIQLAMA 

AZAL Türkiyəyə gedənlər üçün qiymətləri UCUZLAŞDIRACAQMI? – Qurumdan AÇIQLAMA 

Hazırda oxunan: AZAL Türkiyəyə gedənlər üçün qiymətləri UCUZLAŞDIRACAQMI? – Qurumdan AÇIQLAMA 

119028

Türkiyədə zəlzələ baş verən bölgələrə Azərbaycandan humanitar və axtarış-xilasetmə qruplarının yardımı davam edir. Zəlzələdə zərər görənlərin dağıntılar altından çıxarılması işində könüllü yardım etmək üçün Türkiyəyə səfər etmək istəyənlərin də sayı kifayət qədərdir. 

Bu barədə sosial şəbəkələrdə kütləvi kampaniya başladılıb.

Qonşu ölkəyə yardıma getmək üçün səfərbər olunanlar uçuş biletlərinin həddindən artıq baha olmasından şikayətləniblər və Azərbaycan Hava Yollarına (AZAL) çağırış edərək, indiki dönəmdə qiymətlərdə endirim etmələrini tələb ediblər. 
Qeyd edək ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə Bakıdan İstanbula bir nəfər üçün gediş biletinin qiyməti 250-360, Bakıdan Antaliyaya 360-490, Bakıdan Ankara isə 292-438 manat arasında dəyişir.

"Buta Airways” sərnişindaşıma şirkətində də Türkiyəyə səfər qiymətləri təxminən eyni məbləğdədir. Geri dönüş reyslərini də gediş qiymətinin üzərinə əlavə etsək, bu kifayət qədər məbləğ edir. 

Məsələ ilə bağlı “AZAL”ın mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova Bizim.Media-ya bildirib ki, məsələ dövlət səviyyəsində həll olunacağı üçün hələlik bu barədə məlumat yoxdur:

“Hər hansı qərar  olarsa, sizlə bölüşəcəyik”, - deyə qeyd edib.

Xatırladaq ki, son məlumata görə Türkiyədə zəlzələdə 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə xəsarət alıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO