Səfir: “Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir”

Səfir: “Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir”

Hazırda oxunan: Səfir: “Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir”

118987

“Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edən səfir Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib.

O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO