Xilasedicilərimiz Kahramanmaraşda – FOTO/VİDEO 

Xilasedicilərimiz Kahramanmaraşda – FOTO/VİDEO 

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda – FOTO/VİDEO 

118943

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. 
Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 3 419 nəfər həlak olub, 20 534  nəfər yaralanıb. Son məlumatlara görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO