Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində keçirilən turnirdə 1/4 final mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin daha 2 üzvü yarımfinala vəsiqə qazanıb.
Məsud Yusifzadə (51 kq) Duqlas Trindade (Braziliya) ilə qarşılaşıb. Rəqib ilk raundda boksçumuza başı ilə zərbə endirdiyindən diskvalifikasiya olunub. Yusifzadə yarımfinalda Martin Molina (İspaniya) ilə üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) da rinqdən qalib ayrılıb. O, Jan Kaysedonu (Ekvador) mübarizədən kənarlaşdırıb – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov yarımfinalda italiyalı Françesko İozia ilə döyüşəcək.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə, özləri üçün bürünc medalı da təmin edib.
Bununla da bu mərhələdə mübarizə aparacaq milli üzvlərinin sayı 5-ə çatıb. Finala gedən yolda Nəbi İsgəndərov (67 kq) Abdulhakim Akramla (Seyşel adaları), Sərxan Əliyev (71 kq) Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə və Alfonso Dominqes (86 kq) Endi Lesmeslə (İspaniya) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışın 6-cı günündə Sərxan Əliyev rinqə çıxacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:22 / 07.02.2023
5 boksçumuz “Qızıl kəmər” seriyasının yarımfinalında
Hazırda oxunan: 5 boksçumuz “Qızıl kəmər” seriyasının yarımfinalında
Hazırda oxunan: 5 boksçumuz “Qızıl kəmər” seriyasının yarımfinalında
118899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.