"Abşeron" "Azərreyl"ə qalib gəldi - FOTO 

Hazırda oxunan: "Abşeron" "Azərreyl"ə qalib gəldi - FOTO 

118844

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, turun hər iki matçı bu gün Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.  

Voleybol Mərkəzində təşkil olunan V turun ilk qarşılaşmasında “Azərreyl” klubu “Abşeron”la üz-üzə gəlib.  

I dövrədə “Abşeron”u üstələyən “Azərreyl” ikinci görüşdən məğlub ayrılıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn Famil Ağayevin komandası sonrakı hissələri də aktivinə yazıb - 26:24, 25:17. Nəticədə “Abşeron” 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.  

Günün son matçında isə “Murov” və UNEC kollektivləri qarşılaşıblar. Bu görüşdə də qalib 3 setdə müəyyən olub. Vüqar Əliyevin komandası matçdan asan qələbə ilə ayrılıb. “Murov” ilk hissəni 25:09, sonrakı setləri isə 25:23 və 25:11 hesabları ilə qazanıb.  
Beləliklə, V turdan sonra lider “Azərreyl”in 11 xalı, “Murov”un 10, “Abşeron”un 9 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur. V tur “Azərreyl” - “Abşeron” 0:3 (21:25, 24:26, 17:25) “Murov” - UNEC 3:0 (25:09, 25:23, 25:11) 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO