Azərbaycan Türkiyəyə daha iki təyyarə GÖNDƏRİR – Birində mobil səhra hospitalı, digərində isə… - FOTO

Azərbaycan Türkiyəyə daha iki təyyarə GÖNDƏRİR – Birində mobil səhra hospitalı, digərində isə… - FOTO

Hazırda oxunan: Azərbaycan Türkiyəyə daha iki təyyarə GÖNDƏRİR – Birində mobil səhra hospitalı, digərində isə… - FOTO

118838

FHN-in yardımlarından ibarət növbəti iki təyyarə Türkiyəyə yola salınacaq 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.

Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub. 

İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO