“Karaca”dan Türkiyəyə DƏSTƏK 

“Karaca”dan Türkiyəyə DƏSTƏK 

Hazırda oxunan: “Karaca”dan Türkiyəyə DƏSTƏK 

118798

Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində mindən çox şəxsin həlak olması, 5 mindən çox şəxsin yaralanması ilə bağlı dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın sosial şəbəkə hesabında etdiyi çağırışdan sonra, qab-qacaq məhsullarının satışı ilə məşğul olan “Karaca” mağazalar şəbəkəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Səninləyəm, Türkiyə!” adlı kampaniyasına qoşularaq qardaş ölkə üçün 5 min manat yardım ayırıb.

İanə Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün humanitar yardım kimi istifadə ediləcək. 

Qeyd edək ki, “Karaca”nın bu addımı Türkiyə və Azərbaycanda sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qiymətləndirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO