Gədəbəydə oğullarına xəsarət yetirən ATA SAXLANILDI

Gədəbəydə oğullarına xəsarət yetirən ATA SAXLANILDI

Hazırda oxunan: Gədəbəydə oğullarına xəsarət yetirən ATA SAXLANILDI

118700

Gədəbəy rayonunda sərxoş halda oğullarına xəsarət yetirən ata saxlanılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Bildirilir ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayonun İvanovka kənd sakinləri olan 2 nəfərin əlinin bıçaqla kəsilmiş yarası alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, İvanovka kənd sakini Yaşar Mustafayev içkili halda həyat yoldaşı ilə mübahisə zamanı yetkinlik yaşına çatmayan övladlarına yüngül xəsarət yetirib. 
Y.Mustafayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO