Qubada ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATI

Qubada ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATI

Hazırda oxunan: Qubada ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATI

118563

Fevralın 4-də Qubada ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qubanın Alekseyevka kənd sakini, 28 yaşlı Elşən Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Quba-Susay yolunun 31-ci km-də hərəkətdə olarkən avtomobil qəfildən aşıb.

Nəticədə ağır xəsarət alan sürücü Elşən Qasımov yerli sakinin köməyi ilə Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib.
Avtomaşında olan sərnişin, sürücünün əmi oğlusu isə sınıq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Elşən Qasımov Quba-Xaçmaz regional təhsil idarəsinin əməkdaşı olub.

Mərhum ailəli idi, 8 aylıq körpəsi var. Qəzanın təfərrüatlarını Quba rayon polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO