Göyçayda avtomobil velosipedçini vurdu

Göyçayda avtomobil velosipedçini vurdu

Hazırda oxunan: Göyçayda avtomobil velosipedçini vurdu

118535

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb. 

"VAZ-2107" markalı minik avtomobili yolu keçən velosipedçini, Göyçay şəhər sakini Natiq İbrahimovu vurub. 

Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Velosipedçinin sərxoş olduğu bildirilir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda polis əməkdaşları qəzanın baş verdiyi ərazidə müvafiq müayinələr aparır, hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Aqil Əsədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO