İsrailin keçmiş baş naziri Naftali Bennet 2022-ci ilin martında Zelenskini “sui-qəsddən” necə xilas etdiyini söyləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.
Onun sözlərinə görə, Ukrayna prezidentinin həyatının təhlükədə olduğunu dəqiq bilirmiş, ona görə də gizli bunkerdə işləyirmiş:
“2022-ci ilin martında Rusiya Federasiyasında olarkən Putindən soruşdum ki, Zelenskini öldürəcəksənmi? “Yox” cavabını verdi. Mən dedim ki, “kişi sözü almaq istəyirəm", Putin isə Zelenskini öldürməyəcəyini bildirdi”.
O, bu barədə Zelenskiyə məlumat verib, 2 saatdan sonra Ukrayna lideri bunkerdən ofisinə qalxıb və video hazırlayıb.
Bizim.Media