Son çempion məğlubiyyətlə başladı

Son çempion məğlubiyyətlə başladı

Hazırda oxunan: Son çempion məğlubiyyətlə başladı

118512

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, birinci yarış günü məhsuldar alınıb.  

Belə ki, açılış turunda heç-heçə qeydə alınmayıb. Birinci tur reytinq favorit olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb.

Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub. Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib.  

Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub. Zeynəbin bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyallə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub. Nurtan Nuriyeva ilk turda istirahət edib.  
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO