Yüksək Liqada növbəti turun vaxtı bilindi - FOTO

Yüksək Liqada növbəti turun vaxtı bilindi - FOTO

Hazırda oxunan: Yüksək Liqada növbəti turun vaxtı bilindi - FOTO

118440

Qadın voleybolçular arasında Yüksək Liqada II dövrənin növbəti oyunları fevralın 6-da keçiriləcək. 

Bizim.Media xəbər verir ki, V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. 

Bu matçdan iki saat sonra “Murov” və UNEC kollektivlərinin görüşü baş tutacaq.

Fevralın 7-də isə kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunlarına start veriləcək. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. 

Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək. 

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO