Qadın şahmatçılar arasında Azərbaycan çempionatının PÜŞKÜ ATILDI

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının PÜŞKÜ ATILDI

Hazırda oxunan: Qadın şahmatçılar arasında Azərbaycan çempionatının PÜŞKÜ ATILDI

118303

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva - Türkan Məmmədyarova, Ayan Allahverdiyeva - Xəyalə Abdulla, Zeynəb Məmmədyarova - Gülnar Məmmədova, Xanım Balacayeva - Gövhər Beydullayeva, Səbinə İbrahimova - Nərmin Abdinova arasında oynanılacaq.

Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. 1-ci turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq. 

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO