Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün Parisdə görüşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
İki lider İranın nüvə təhlükəsinə qarşı mübarizə yollarını ətraflı müzakirə ediblər. Baş nazir Netanyahu vurğulayıb ki, İranı Yaxın Şərqdə dayandırmaq lazımdır. O, həmçinin İran rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqının terrorçu siyahısına daxil edilməsinə çağırış edib”, - deyə məlumatda bildirilib.
Bizim.Media
![Netanyahu Makronla İranla bağlı hansı məsələləri müzakirə edib? Netanyahu Makronla İranla bağlı hansı məsələləri müzakirə edib?](https://bizim.media/file/articles/2023/02/03/1675421388_1.jpg)
- A-
- A
- A+
Dünya
14:49 / 03.02.2023
Netanyahu Makronla İranla bağlı hansı məsələləri müzakirə edib?
Hazırda oxunan: Netanyahu Makronla İranla bağlı hansı məsələləri müzakirə edib?
Hazırda oxunan: Netanyahu Makronla İranla bağlı hansı məsələləri müzakirə edib?
118274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.