\

\"Körpəmin nə günahı var? - Zəlzələdən zərər çəkən iranlı qadın fəryad ETDİ - VİDEO

Hazırda oxunan: \"Körpəmin nə günahı var? - Zəlzələdən zərər çəkən iranlı qadın fəryad ETDİ - VİDEO

118267

"Zəlzələdən bəri biz küçələrdə və xiyabanlarda qalırıq. Bu körpə uşağımın nə günahı var?!"

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu sözlər İranın Xoy şəhərində baş vermiş zəlzələdən zərərçəkmiş qadına aiddir. Sözügedən qadın bir ana olaraq çarəsiz şəkildə fəryad edir.

Belə ki, İran hakimiyyətinin səriştəsizliyi ucbatından zəlzələdən zərərçəkmiş ailələr, körpə uşaqları ilə hələ də küçələrdə qalıb. 

Qeyd edək ki, yanvarın 29-u İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2 nəfər ölüb, 800-dən çox şəxs isə yaralanıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO