“İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında bildirib.
“Hörmətli qonağımız (Rumıniya Prezidenti-red.) sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir”, - deyə ölkə başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:34 / 02.02.2023
Prezident: “TAP layihəsi ilə Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşına çevrildi”
Hazırda oxunan: Prezident: “TAP layihəsi ilə Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşına çevrildi”
Hazırda oxunan: Prezident: “TAP layihəsi ilə Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşına çevrildi”
118130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.