RUSİYANIN GÖZÜ yenidən Ermənistanda – Paşinyan bunu etməsə, taxtını İTİRƏ BİLƏR

RUSİYANIN GÖZÜ yenidən Ermənistanda – Paşinyan bunu etməsə, taxtını İTİRƏ BİLƏR

Hazırda oxunan: RUSİYANIN GÖZÜ yenidən Ermənistanda – Paşinyan bunu etməsə, taxtını İTİRƏ BİLƏR

118084

“Son hadisələr fonunda Rusiya Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi rolunu artırmağa məcburdur. Əks təqdirdə Rusiya bölgədəki nüfuzunu və ən əsası Ermənistan kimi müttəfiqini itirə bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Belə ki, politoloq Avropa İttifaqının Azərbaycanın razılığı olmadan regiona monitorinq missiyası göndərməsindən söz açıb.

O, qeyd edib ki, Paşinyan hakimiyyətinin tutduğu siyasi xətt Rusiyanın aktivləşməsini labüd edib:

“Ermənistan rəsmi qaydada Qərbə yönəlik siyasət yeritməsi, KTMT ilə əlaqələrin dondurulması, bir sıra görüşlərdən imtina edilməsi və nəhayət erməni KİV-in Rusiyaya qarşı xəbərlər tirajlaması onu deməyə əsas verir ki, Ermənistan tezliklə Rusiyadan yaxa qurtarmağa çalışır.
Lakin, Rusiyanın Ermənistandan, dolayısı ilə bölgədən çıxması o qədər də asan məsələ deyil. İllərdir ki, Rusiyanın 102 saylı hərbi bazası Ermənistanda fəaliyyət göstərir və pis-yaxşı bu ölkənin təhlükəsizliyinin qarantıdır. Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Aşağı yuxarı Ermənistanda 10.000 yaxın rus hərbçisi var. İndi bunları Qərbin öhdəliyinə buraxmaq heç də Rusiyanın marağında deyil”.

“Bir halda ki, Ermənistan daha çox Qərbə yönəlib, bu zaman Rusiya bir sıra radikal addımlar atmalıdır” deyən Amid Əliyevin fikrincə, ilk öncə Vardanyan kartının Paşinyana qarşı olmadığı barədə Nikola təminat verilməlidir: 

“Bundan sonra Rusiya məhz özünün tərəfdar olduğu sülh sazişini masaya qoymağa çalışacaq və bunun Ermənistan tərəfindən dəstəklənməsini tələb edəcək. 

Sonrası isə Aİ mülkü missiyasi ilə əlaqələdir ki, Rusiya bu məsələdə də Ermənistanı ciddi addımlar atmağa məcbur edə bilər. Əks halda, Rusiya 1999, 2008 və 2018-ci il hadisələrini Ermənistanda yenidən təkarlaya və özünəuyğun olan şəxsi siyasi hakimiyyətə gətirə bilər. Bununla da Qərbin bölgəyə Ermənistan üzərindən nüfuzu tam dayanar.

Politoloqun sözlərinə görə, Qərbin Ermənistana son zamanlar daha çox dəstək verməsinin səbəbi də məhz sözügedən reallığın nəzərə alınmasından qaynaqlanır:

“Lakin Ermənistan Qərbin onun təhlükəsizlik qarantı olması məsələsində bir qədər tərəddüd edir. Ən azından Gürcüstan və Ukrayna nümunələri göz önündədir. Bundan başqa, Ermənistanın iki əsas tərəfdaşı hesab olunan Fransa və İrana qarşı bölgədəki münasibət olduqca neqativdir.

Belə olan halda Ermənistandakı siyasi hakimiyyət özünü sığortalamq üçün Rusiya ilə yenidən əməkdaşlığı aktivləşdirə bilər. Bu da Rusiyaya daha çox sərf edir ki, həm bölgədə qalsın, həm də vasitəçi kimi özünü bir daha təsdiqləsin.
Son günlər qarşılıqlı telefon zəngləri, bir sıra bəyanatlar və hətta növbəti üçtərəfli Moskva görüşü ilə bağlı söz-söhbətlər bununla bağlıdır. Eyni zamanda Araikin Moskvaya səfəri də onu deməyə əsas verir ki, Paşinyan Rusiyaya qarşı loyallıq göstərsə, Vardanyan kartı da aradan qalxa bilər”.

Amid Əliyev Ermənistanın yenə də çətin seçim qarşısında olduğunu sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO