Efirlərdən uzaq düşən “Şipşirin” Elçin: “Pandemiyadan sonra başımız daşa dəydi” - VİDEO

Efirlərdən uzaq düşən “Şipşirin” Elçin: “Pandemiyadan sonra başımız daşa dəydi” - VİDEO

Hazırda oxunan: Efirlərdən uzaq düşən “Şipşirin” Elçin: “Pandemiyadan sonra başımız daşa dəydi” - VİDEO

118015

“Pandemiyadan sonra başımız daşa dəydi. Hərə başına çarə axtarıb, qıldı”.

Bizim.Media xəbər verir ki, bu sözləri efirlərdən və səhnədən ilim-ilim itən “Şipşirin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərov qonaq olduğu “Səhərin səsi” verilişində deyib.

Pandemiya dövrünü Türkiyədə keçirən sənətçi bildirib ki, o ərəfədə özü üçün yazdığı mahnıları həmkarlarına satıb:

“Pandemiya ərəfəsində bilet alıb getdim İstanbula. Müəyyən bir zaman lazım idi ki, özümə gəlim. Yaradıcı insanlara bu vəziyyət xüsusi ilə musiqilərə çox təsir etdi. O ərəfədə özümə yazdığım mahnıları verdim həmkarlarıma. Lalə Məmmədovaya, İradə İbrahimovaya və sairə”.

Proqramın gedişatında Elçin oğlu Candan da söz açıb. Cəfərov oğlunun Azərbaycanda təhsil aldığını söyləyib:

“Oğlumun iyun ayında altı yaşı olacaq. Azərbaycanda məktəbə qədərə gedir. Altı yaşı olsun məktəbə gedəcək. Musiqi duyumu, ritmi var. Amma oxumur. İstedadı olsa istəyərəm ki, o da müğənni olsun.
Bu sənətin çətinlikləri çoxdur. Hansı iş asandır ki? Bu sənətdə də əziyyət çəkib, çaba göstərməlisən ki, populyarlıq, hörmət və şöhrət qazanasan”.

Qeyd edək ki, Elçin Cəfərovun həyat yoldaşı Aydan Tənzilə Rüstəmxanlı və xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Cütlüyün Can adlı oğlu var.

Rəşad Əliyev, Bizim.Media
 





 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO