İranda edam cəzasına məhkum olunan etirazçılara işgəncə verilir

İranda edam cəzasına məhkum olunan etirazçılara işgəncə verilir

Hazırda oxunan: İranda edam cəzasına məhkum olunan etirazçılara işgəncə verilir

117822

İran hökuməti edam cəzasına məhkum edilmiş etirazçı məhbuslara işgəncə verir və bəzi hallarda onlardan məcburi etiraf almaq üçün cinsi zorakılığa məruz qalmalarına imkan yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə "Guardian" qəzeti Beynəlxalq Əfv Təşkilatına istinadən məlumat yayıb.

Qəzet yazır ki, Beynəlxalq Əfv Təşkilatı yanvarın 30-da ən azı iki yeniyetmə və bir kişinin işgəncəyə, cinsi təcavüzə məruz qaldığını, döyüldüyünü və ədalətli mühakimə olunmadığını bildirib.
Qurumun bildirdiyinə görə, üç nəfərə işgəncə verməkdə şübhəli bilinənlərin adları məlumdur və bu barədə Qərb dövlətlərinə məlumat veriləcək.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə direktor müavini Diana Əl-Təhavi mövzu ilə bağlı vurğulayır ki, cinsi zorakılıq və digər işgəncə formalarında məsuliyyətdə və ya iştirakçılıqda şübhəli bilinən SEPAH zabitləri və ədliyyə rəsmilərinə qarşı tədbir görülmür.

O, qeyd edib ki, bu, İran məhkəmə sisteminin qəddarlığı və qeyri-insani mahiyyətinə açıq nümunədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO