Türkiyə NATO-nun genişlənməsini istəyir

Türkiyə NATO-nun genişlənməsini istəyir

Hazırda oxunan: Türkiyə NATO-nun genişlənməsini istəyir

117708

“Biz NATO-nun genişlənməsini istəyirik”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun həmrəyliyinə ən çox töhfə verən ölkələrdəndir:  

“Alyansın qurulmasının məqsədi üzv ölkələrin təhlükəsizliyini təmin etməkdir. Bu gün NATO-nun iki əsas təhdid obyekti var: Rusiya və terror. Təəssüf ki, terror təşkilatları İsveç və Finlandiyada fəaliyyət göstərməyə davam edirlər. Bizim qayğılarımız təmin olunarsa, həmin dövlətlərin NATO-ya üzvlüyü ilə bağlı problem olmayacaq". 
Nazir qeyd edib ki, İsveç və Finlandiya Madrid razılaşmasının öhdəliklərini yerinə yetirmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO