Kardiologiya İnstitutunda BİABIRÇILIQ – Ürək müayinəsi üçün aparat YOXDUR

Kardiologiya İnstitutunda BİABIRÇILIQ – Ürək müayinəsi üçün aparat YOXDUR

Hazırda oxunan: Kardiologiya İnstitutunda BİABIRÇILIQ – Ürək müayinəsi üçün aparat YOXDUR

117646

Elmi Tədqiqat Kardiologiya İnstitutunda angioqrafiya cihazı yoxdur. Hansı ki, angioqrafiya cihazı qan damarlarında daralma, tıxanma, qan axınındakı kimi problemləri araşdıran, eləcə də damarların təsvir olunmasına imkan verən müayinə növüdür.

Eyni zamanda angioqrafik üsul bədənin bütün damarlarının müayinə nəticələrinə görə xəstəlik haqqında qərar qəbul etməyə və angioqrafik əməliyyatlar icra etməyə imkan verir.

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən vətəndaşlar sözügedən səhiyyə ocağına pənah tutub getsələr də, sözügedən məsələdə qarşılaşdıqları mənzərə heç də ürəkaçan olmur.
Məsələni gündəmə gətirən tanınmış həkim Aydın Əliyevin sözlərinə görə indiki dövrdə dövlət xəstəxanasında belə bir problemin olması anlaşılan deyil. Üstəlik Elmi Tədqiqat Kardiologiya İnstitutda ən strateji əhəmiyyətli tibbi avadanlığın olmaması absurddur.

Məsələ ilə bağlı Elmi Tədqiqat Kardiologiya İnstitutun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nailə Mustafayeva Bizim.Media-ya açıqlamasında qeyd edilən problemin olduğunu təsdiqləyib:

“Bu problem Elmi Tədqiqat Kardiologiya İnstitutunda mövcuddur. Cari ilin yanvar ayının 1-dən İnstitut Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Nazirliyin məsul şəxsləri mövcud problemlə maraqlanıb. Məsələnin həlli istiqamətində müvafiq tapşırıqlar verilib”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO