Ermənistanın “Hraparak” nəşri Qarabağ separatçılarının “dövlət naziri” Ruben Vardanyan ilə kvazirespublikanın “prezidenti” Arayik Arutyunyan arasında yeni ziddiyyətlər barədə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, mənbə Vardanyanın Xocavənd rayonunun bir sıra kəndlərinin sakinləri ilə son görüşləri barədə məlumat verib.
Rusiyadan qaçaq düşən oliqarx “blokadanın mart-aprel aylarına qədər davam edəcəyini” bəyan edib:
“Qar əriməyə başlayanda su və işıq problemi olmayacaq”.
Eyni zamanda o, Azərbaycanla yeni müharibənin mümkünlüyünü də istisna etməyib. Arayik Arutyunyan isə bazar günü Qarabağda müvəqqəti yaşayan ermənilərlə qapalı görüş keçirib.
O bildirib ki, “Qarabağ indi Ermənistandan daha çox silaha malikdir, lakin müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə hərəkət etmək lazımdır, əks halda müharibə Qarabağın sonu ilə nəticələnəcək”.
Bizim.Media

- A-
- A
- A+
Region
14:56 / 31.01.2023
Vardanyan müharibədən, Arutyunyan Azərbaycanla dialoqdan danışır – Xankəndidə ZİDDİYYƏT
Hazırda oxunan: Vardanyan müharibədən, Arutyunyan Azərbaycanla dialoqdan danışır – Xankəndidə ZİDDİYYƏT
Hazırda oxunan: Vardanyan müharibədən, Arutyunyan Azərbaycanla dialoqdan danışır – Xankəndidə ZİDDİYYƏT
117637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.