Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.
Bizim.Media xənər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.
Bizim.Media
![Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA](https://bizim.media/file/articles/2023/01/31/1675154082_sd.jpeg)
- A-
- A
- A+
Siyasət
12:32 / 31.01.2023
Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA
Hazırda oxunan: Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA
Hazırda oxunan: Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA
117599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.