Partlayışda xəsarət alan tələbələr REANİMASİYAYA yerləşdirildi

Partlayışda xəsarət alan tələbələr REANİMASİYAYA yerləşdirildi

Hazırda oxunan: Partlayışda xəsarət alan tələbələr REANİMASİYAYA yerləşdirildi

117589

Xəbər verildiyi kimi Bakının Sabunçu qəsəbəsinin Şəhər şosesi döngə 2-dəki mənzillərin birində qaz sızması nəticəsində partlayış olub.

Hadisə zamanı evdə olan Odlar Yurdu Universitetinin 4 əcnəbi vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TƏBİB Bizim.Media-ya açıqlamasında tələbələrin vəziyyətini açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr xəstəxanaya aparıldı


“Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar. Hadisə zamani evdə olan  bədən xəsarəti almişlarin 4 nün də vəziyyəti orta ağirdi. Üzlərində, boyunlarinda, əllərində, ayaqlarinda 2-3 cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində mûalicələrini davam etdirirlər”.

Qeyd edək ki, xəsarət alan tələbələr 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagardır.

Onların həmin evdə kirayə yaşadıqları bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO