Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verdi

Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verdi

Hazırda oxunan: Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verdi

11758

Ədliyyə Nazirliyinin kadr korpusunun yenilənməsi tədbirləri çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında işləmək arzusunda olan hüquqşünaslarla elan olunmuş müsabiqə üzrə fevralın 13-də növbəti test imtahanı keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. 

 

MÖVZU İLƏ BAĞLI:

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!


Müsabiqəyə bütün regionlardan qatılan namizədlərin hər üç nəfərdən biri qadın, təxminən yarısı isə gənclər olmaqla əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir.

241 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və daha artıq bal toplayan 126 nəfər müvəffəqiyyət qazanıb.

Siyahı, həmçinin nazirliyin (www.justice.gov.az) və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO