“Google”dan YENİLİK: Mətnli təsvir əsasında istənilən janrda musiqi…

“Google”dan YENİLİK: Mətnli təsvir əsasında istənilən janrda musiqi…

Hazırda oxunan: “Google”dan YENİLİK: Mətnli təsvir əsasında istənilən janrda musiqi…

117536

“Google” şirkəti süni zəka əsaslı “MusicLM” adlı alqoritmini təqdim edib.

Bizim.Media xəbər verir ki, sözügedən alqoritm istənilən janrda musiqi tərtib etməyi bacarır.

Məlumatda qeyd edilib ki, şirkət “MusicLM”in təlimatlandırılmasında ümumilikdə 280 000 saat təşkil etmiş müxtəlif audio kontentdən istifadə edib.

“Google” tərəfindən təqdim edilmiş bu süni zəka əsaslı alqoritmin çalışma prosesində olan əsas diqqət çəkən məqam ondan ibarətdir ki, o, müxtəlif musiqi janrlarının və alətlərinin kombinasiyasını reallaşdırmaqla yanaşı həmçinin abstrakt fikirlərin mətn formatında təqdim edilmiş təsvirləri əsasında musiqiləri tərtib edə bilir.

İstifadəçi bu və ya digər musiqinin tərtib edilməsi üçün hər hansısa fotonu təsvir edə və ya planlaşdırılan musiqini oxuya bilər.
Bununla belə sözügedən alqoritm ideal nəticələrin əldə edilməsi mərhələsindən hələ çox uzaqdır. Belə ki, alqoritm tərəfindən tərtib edilmiş bəzi musiqilər qəribə səslənir və onların vokal hissələrini ümumiyytlə anlamaq mümkün deyil.

Odur ki, “Google” şirkəti “MusicLM”i açıq şəkildə istifadəçilərə təqdim etməyə tələsmir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO