Nizami rayonunda ağaclar kəsilir – Nazirlik ərazinin sahibini axtarır

Nizami rayonunda ağaclar kəsilir – Nazirlik ərazinin sahibini axtarır

Hazırda oxunan: Nizami rayonunda ağaclar kəsilir – Nazirlik ərazinin sahibini axtarır

11743

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində binaların önündəki ağaclar hissə-hissə məhv edilir.

Bizim.Media xəbər verir ki, bunu ərazidə yaşayan sakinlər deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Əhmədlidə ağacları kəsən qrupun kimliyi müəyyənləşdirilir - Baş Prokurorluq 


Onlar oksigen mənbəyi olan ağacların kəsilməsindən narazılıqlarını bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mediaya açıqlamasında ərazidə ağacların kəsildiyini təsdiq edib:

“Hadisə yerindən bir neçə ağacın kəsilməsində istifadə edilən alətlər götürülüb. Hazırda ərazinin sahibinin müəyyənləşməsi istiqamətində araşdırma gedir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO