İran İsrailin PUA hücumuna niyə cavab vermədi? - 3 SƏBƏB

İran İsrailin PUA hücumuna niyə cavab vermədi? - 3 SƏBƏB

Hazırda oxunan: İran İsrailin PUA hücumuna niyə cavab vermədi? - 3 SƏBƏB

117368

2 gün öncə İsrail dronlarının İranın hərbi zavodlarına zərbələr endirməsi dünyanı silkələdi. Dünyanı təəccübləndirən İsrailin PUA-larla Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və sursat anbarına rahatçılıqla zərbələr endirməsi deyildi. Əsl təəccüb doğuran məsələ rəsmi İranın bu məsələyə çox “soyuqqanlı” yanaşması idi.

Dron zərbələrindən sonra təkcə İran Müdafiə Nazirliyi çıxıb dedi ki, hərbi obyektə hücum zamanı insan itkisi olmayıb, sadəcə sursat istehsal edən zavoda ziyan dəyib.

Halbuki, İsrailin dron hücumundan sonra gözlənilirdi ki, rəsmi Tehran İsraillə söz savaşına çıxacaq. Hətta İsrailə cavab zərbələrinin endiriləcəyini düşünənlər də vardı. Amma bunların heç biri baş varmədi. Hətta molla-fars rejiminə birbaşa bağlı olan “Hizbullah” da sakit dayandı. Halbuki, bu təşkilat zaman-zaman molla-fars rejiminin vuran əli olub. Ən azından Qəzza bölgəsində qarışıqlıq yaradıla bilərdi.  Heç bu da olmadı. Sanki, bombalanan İran əraziləri deyil, hansısa neytral torpaqlar idi.

Bəs, rəsmi Tehran Təl-Əvivin silahlı hücumu qarşısında niyə susdu?
 

MÖVZU İLƏ BAĞLI:

İrana “dronlar” necə atıldı? – GÜNÜN ŞƏRHİ


Birincisi ona görə ki, İranda rejim çöküb, Rejimin immuniteti zəiflədiyi üçün kənar təsirlərə reaksiyası yoxdur. Halbuki, bir zamanlar İran özü maraqlı idi ki, onun ərazisinə açıq müdaxilə olsun və o da özünün “əbədi düşməni” İsraili “cəzalandırsın”. Lakin, indiki vəziyyətdə rəsmi Teharan daha çox susmağa üstünlük verir. Çalışır ki, bu olay daha tez unudulsun. İndiki halda bu ölkə baş verən insidentlərin açıq müharibə halına keçməsindən çox çəkinir.

İkincisi dron hücumu Tehrandakı Azərbaycan səfirliyinə edilən silahlı hücumdan saatlar sonra baş verdi. İran səfirliyə edilən silahlı hücuma Beynəlxalq aləmin sərt mövqeyinin şokundan çıxmamış dron zərbələri aldı. Ona görə də onsuz da sivilizasiyanın coşmuş emosialarının qarşısında aciz qalan molla-fars rejimi özünə qarşı ikinci cəbhənin açılmasını istəmədi. 

Üçüncüsü dron hücumu onu göstərdi ki, İran ordusu heç də təbliğ olunduğu qədər güclü və müasir maddi-texniki bazaya malik deyil. Artıq hər kəsə bəlli oldu ki, İsrail və yaxud dünyanın hansısa ölkəsinin hərbi qüvvələri İrana istənilən sarsıdıcı zərbə vura bilər.

Zatən İranın hərbi infrastrukturu müasir dünyadan ən azı 30 il geri qalır. Hərbi təyyarələrinin hamısı ötən əsrin istehsalıdır. Ağır texnikası da günün tələbinə cavab vermir. Son illər İran özünün PUA-ları ilə öyünürdü. Ukrayna müharibəsində praktik cəhətdən sınaqdan çıxan İran PUA-ları ümidləri doğrultmadı.

Bu PUA-lar çox ucuz olmasına rəğmən dəqiq zərbə və güclü sursat daşımaq imkanına malik deyil. Bu və digər səbəblər farsların PUA-lara olan güvənclərini sındırdı.

Ən nəhayət 5 ay davam edən daxili qarşıdurma ölkənin içindən yeyib, məhv edib. Ona görə də İsrailin son addımı qarşısında İran çox çarəsiz və zavallı görsəndi. Bu isə ona dəlalət edir ki, molla-fars rejimin sonu yaxınlaşır. Bu minvala 2023-cü ildə İranda çox böyük siyasi dəyişikliklərin olacağı qaçılmaz hal halır.

Eyni zamanda İranın susmaq cəhdi heç də o demək deyil ki, müharibə təhlükəsi sovuşub. Qarşıda regionu çox ağır sınaqlar gözləyir. III Dünya Müharibəsinin daha iki iştirakçısı görünməyə başlayır… 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO