Şəhid Orxan Əsgərovla vida mərasimi KEÇİRİLİR - CANLI

Şəhid Orxan Əsgərovla vida mərasimi KEÇİRİLİR - CANLI

Hazırda oxunan: Şəhid Orxan Əsgərovla vida mərasimi KEÇİRİLİR - CANLI

117335

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovla vida mərasimi başlayıb.

Bizim.Media xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun qardaşının evində keçirilir.

Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edirlər. Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün şəhid Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə ediliblər.
 

 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO