Azərbaycanı haqq yolundan heç bir hədə çəkindirə bilməz - Şamil Ayrım 

Azərbaycanı haqq yolundan heç bir hədə çəkindirə bilməz - Şamil Ayrım 

Hazırda oxunan: Azərbaycanı haqq yolundan heç bir hədə çəkindirə bilməz - Şamil Ayrım 

117259

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı insanlıq əleyhinə cinayət, beynəlxalq münasibətlərə dair bütün qaydaların kəskin şəkildə pozulmasıdır. Şəhid qardaşımıza Allahdan rəhmət, yaralılara şəfa diləyərək bir daha bəyan edirik ki, hər zaman olduğu kimi Can Azərbaycanın yanındayıq.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Prezident İlham Əliyevin törədilən qanlı cinayətə kəskin və qətiyyətli mövqeyini, eləcə də dünya ictimaiyyətinin böyük qınağını xatırladan millət vəkili Şamil Ayrım deyib:

“Məlum terrorla bağlı ortadakı mövcud bütün suallara törədilən cinayətin ədalətli və şəffaf istintaqı cavab verə bilər. Bu terrora şərait yaradan və onun təşkilatçıları qəti bilməlidir ki, Azərbaycanı haqq yolundan heç bir hədə, heç bir təhdid çəkindirə bilməz. Türkiyə dövləti və xalqı əbədiyyətə qədər Azərbaycanla qardaşlığını qoruyacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO