Oğuzda QƏZA – Xəsarət alanlar var 

Oğuzda QƏZA – Xəsarət alanlar var 

Hazırda oxunan: Oğuzda QƏZA – Xəsarət alanlar var 

117234

Oğuz şəhərinin Cavanşir küçəsində minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində bədən xəsarətləri alan Şəki rayon Baş Zəyzid kənd sakinləri, 57 yaşlı Eldar Cəlilov və 31 yaşlı Rövşən İbadov Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralılara ilkin tibbi yardım göstəriləndən sonra hər iki şəxs müayinə və müalicələrini davam etdirmək üçün Şəki rayon mərkəzi xəstəxanasına göndərilib.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO