Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bu ölkədə dinc aksiyalar keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.
Məlumata görə, terror hadisəsi zamanı şəhidlik zirvəsinə ucalan Orxan Əsgərovun ailəsinə başsağlığı vermək üçün insanlar sabah, yanvarın 29-u Azərbaycanın Tehrandakı səfirliyi, Azərbaycanın Təbrizdəki baş konsulluğu və Güney Azərbaycanın digər şəhərlərində yerləşən nümayəndəliklərin qarşısında yerli vaxtlarla saat 17:00-da toplaşmağa çağırılırlar.
Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə şam yandırılaraq şəhidin xatirəsi ehtiramla yad ediləcək və terror hadisəsi qətiyyətlə pislənəcək.
Qeyd edək ki, bu gün də Güney azərbaycanlılar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləmək və başsağlığı vermək üçün Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğunun qarşısına na gül dəstəsi qoyublar.
Bizim.Media
- A-
- A
- A+
Region
00:00 / 29.01.2023
İrandakı Azərbaycanlılar sabah kütləvi aksiyalara BAŞLAYACAQLAR
Hazırda oxunan: İrandakı Azərbaycanlılar sabah kütləvi aksiyalara BAŞLAYACAQLAR
Hazırda oxunan: İrandakı Azərbaycanlılar sabah kütləvi aksiyalara BAŞLAYACAQLAR
117226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.