“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan Moskvaya gedir.
Bizim.Media “Hraparak” nəşrinə istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyanın rəqiblərindən olan Tsarukyan bir neçə gün müddətində Rusiyanın paytaxtında olacaq. Səfərin məqsədi isə açıqlanmayıb.
MÖVZU İLƏ BAĞLI:
Tsarukyan: "Belə getsə, Ermənistanı da Qarabağ kimi Azərbaycana təhvil verəcəyik"
Məlumata görə, partiya lideri fevralın 20-də Ermənistan müxalifətinin təyin etdiyi mitinqdə iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl Paşinyanın digər rəqibi, keçmiş prezident Robert Koçaryan da Moskvada olub. Onun da səfərinin detalları açıqlanmayıb.
Bizim.Media