Qazaxıstan XİN: “Bu cür hücumlar beynəlxalq hüquq normalarını pozur“

Qazaxıstan XİN: “Bu cür hücumlar beynəlxalq hüquq normalarını pozur“

Hazırda oxunan: Qazaxıstan XİN: “Bu cür hücumlar beynəlxalq hüquq normalarını pozur“

117060

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə və diplomatik missiya üzvlərinin xəsarət alması ilə nəticələnən silahlı hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, Qazaxıstan diplomatik missiyalara və onların nümayəndələrinə qarşı hər hansı zorakılıq, təcavüz hərəkətlərini qəbuledilməz sayır: 

"Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır.

Qardaş Azərbaycan xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xəsarət almış şəxslərə tezliklə sağalmasını arzu edirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyəti hadisəni hərtərəfli araşdırmasını aparacaq, törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO