\

\"Qardaş acısını sadəcə qardaş çəkər\" - \"Traktor\" klubundan Azərbaycana DƏSTƏK

Hazırda oxunan: \"Qardaş acısını sadəcə qardaş çəkər\" - \"Traktor\" klubundan Azərbaycana DƏSTƏK

116960

"Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan teror saldırısını şiddət ilə məhküm edirik. Terora son"

Bizim.Media xəbər verir ki, bu sözləri Təbrizin "Traktor" klubu  tvitter hesabındakı paylaşımında bildirib. Onlar terrora son deyərək, Azərbaycana qardaş dəstəyini göstərib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO