Azərbaycan XİN: “Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülür”

Azərbaycan XİN: “Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülür”

Hazırda oxunan: Azərbaycan XİN: “Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülür”

116926

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür”.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilib-gücləndirilməməsi ilə bağlı sualı şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı Rəsmi Bakının AÇIQLAMASI 


Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO