Havaların soyuq keçməsi ilə bağlı verilən proqnozlarla əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçib.
Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
“Smart-kart” və mexaniki sayğacların fərqi - VİDEO
O bildirib ki, ölkə ərazisində qaz təzyiqinin aşağı düşməsi ilə bağlı müraciətlər nəzarətə götürülür: "Bəzi ərazilərdə qaz təzyiqinin aşağı düşməsi ilə bağlı "Azəriqaz"ın "Qaynar xətti"nə azsaylı müraciətlər daxil olur".
"Bu məsələni şəxsən diqqətdə saxlayıram. Sabahdan etibarən ölkə ərazisində havanın hərarəti də aşağı düşəcək. Artıq "Azəriqaz" bu məsələ ilə bağlı hazırlıq tədbirləri görüb. Abonentlərə qazın verilişi ilə bağlı heç bir problem yoxdur".
Bizim.Media