"Qarabağ" "Fənərbaxça"nın yarımmüdafiəçisini TRANSFER ETDİ - VİDEO 

Hazırda oxunan: "Qarabağ" "Fənərbaxça"nın yarımmüdafiəçisini TRANSFER ETDİ - VİDEO 

116874

"Qarabağ" Yassine Benzianın transferini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Ağdam klubunun rəsmi “Facebook” səhifəsi video paylaşıb. 

Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia "Qarabağ"da 7 nömrəli forma ilə çıxış edəcək. 

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. "Lion", "Fənərbaxça", "Olimpiakos", "Lill", "Hatayspor"da oynamış Benzia bu mövsümü Fransanın "Dijon" klubunda keçirib.  

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO