“Bakı-Supsa” boru kəmərilə neftin ixracı bərpa oluna bilər

“Bakı-Supsa” boru kəmərilə neftin ixracı bərpa oluna bilər

Hazırda oxunan: “Bakı-Supsa” boru kəmərilə neftin ixracı bərpa oluna bilər

116802

Gələcəkdə “Bakı-Supsa” boru kəməri vasitəsilə neftin ixracı bərpa oluna bilər.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda biz bu kəmərdən istifadə etmirik. Bizim bütün ixrac potensialımız Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə gedir, bu da əsasən tankerlərin Qara dənizdə mövcudluğu ilə bağlıdır. Gələcəkdə, vəziyyət dəyişərsə, bu məsələyə baxacağıq”, - Bəxtiyar Aslanbəyli qeyd edib.

O, əlavə edib ki, kəmərin fəaliyyəti tam dondurulmayıb, o hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər.

Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması ilə bağlı suala cavab olaraq Bəxtiyar Aslanbəyli qeyd edib ki, ötən ildən Qazaxıstan nefti qeyd olunan kəmər vasitəsilə tranzit olaraq nəql edilir, lakin həcmlər artırılacaq.
“BTC-də tranzitin həcmlərinə müəyyən məhdudiyyətlər var. Keyfiyyət fərqinə görə, BTC-də olan boş həcmləri Qazaxıstan nefti ilə doldura bilməyəcəyik”, Bəxtiyar Aslanbəyli əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO