Qubadan keçərək Şahdağa çəkiləcək dəmir yolu xəttindən XƏBƏR VAR – ÖZƏL

Qubadan keçərək Şahdağa çəkiləcək dəmir yolu xəttindən XƏBƏR VAR – ÖZƏL

Hazırda oxunan: Qubadan keçərək Şahdağa çəkiləcək dəmir yolu xəttindən XƏBƏR VAR – ÖZƏL

116801

Ölkənin və eləcə də Zaqafqaziyada ən məşhur qış-yay turizm mərkəzlərindən olan “Şahdağ"a dəmir yolu xəttinin çəkilməsi barədə ilk məlumat 2018-ci il yanvar ayında yayımlanıb. 

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə turizm sahəsində nəzərdə tutulan planlarından danışarkən  dövlət başçısı "Şahdağ"turizm mərkəzinə və Qəbələdəki "Tufandağ" turizm mərkəzinə  dəmir yolu xəttinin çəkiləcəyi anonsunu vermişdi.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin vaxt  "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri Cavid Qurbanov artıq layihənin hazırlıq işlərinə başlanıldığını bildirmişdi.

Sabiq sədr qeyd etmişdi ki, Xudat stansiyasından Qubadan keçməklə Şahdağa qədər dəmir yolu xəttinin layihələndirmə işlərinə hazırlıq gedir.

Həmin müzakirələrdən artıq 5 il ötüb. Sözü gedən layihə ilə bağlı İndi vəziyyət nə yerdədir? 

Sualımızı Dövlət Turizm Agentliyinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətlərinə ünvanladıq. Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva bu barədə hər hansı məlumatlarının olmadığını dedi. 

"Azərbaycan Dəmir Yolları" QSC- nin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova isə Bizim.Media-nın sorğusunu belə cavablandırıb:

"Xaçmaz-Quba-Şahdağ dəmir yolunun lsyihələndirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2019-cu ilin 28 dekabr tarixli Sərəncamına əsasən, seçilmiş trassa üzrə əsaslı layihələndirmə işləri 2020-ci ildə tam başa çatdırılıb. Qeyd edilən istiqamət üzrə gələcəkdə tikinti işlərinə başlanması ilə bağlı sərəncam olarsa, dəmir yolunun inşasına başlanılacaq".

Ekspertlərin fikrincə isə 2020-ci ildə regionda baş verən köklü dəyişikliklər Qubaya, oradan isə Şahdağa çəkiləcək dəmir yolu xəttinin tikintisini bir qədər ertələməyə məcbur etdi. Vətən Müharibəsindən sonra yaranmış yeni reallıq piroritet olaraq işğaldan azad edilmiş ərazilərimizə, Şuşaya, Ağdama, sərhəd bölgələrinə diqqətimizi cəlb etdi. Bundan başqa Zəngəzur dəhlizinin hazırlanması, yeni aeroportların tikilməsi aktual oldu.
Həmçinin beynəlxalq aləmdə baş verən iqtisadi krizis, pandemiya şəraiti də həmin layihənin gerçəkləşməsinə əngəl oldu. Amma hal-hazırda ölkəmizdə gedən siyasi-iqtisadi və hərbi stabilləşmə Şahdağa çəkiləcək dəmir yolu layihəsinə yenidən baxmağa imkan yaradır. Yəqin yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO