İranda 24 jurnalist hələ də həbsdədir

İranda 24 jurnalist hələ də həbsdədir

Hazırda oxunan: İranda 24 jurnalist hələ də həbsdədir

116768

İranda etiraz aksiyaların başlayandan bu günədək həbs edilən jurnalistlərin 24-ü hələ də həbsxanadadır. 

Bizim.Media xəbər verir ki, bunu İran Jurnalistlər Birliyi yanvarın 25-də yaydığı bəyanatda bildirib.

Məlumatda son 4 ayda 100-ə yaxın jurnalistin həbs edildiyi, onlardan bir neçəsinin ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxıldığı qeyd olunub.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbsə atılıb.

Tutulan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, 30 jurnalist hələ də həbsdə saxlanılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO