Xəzər TV-nin efirində ƏLBƏYAXA DAVA - VİDEO

Xəzər TV-nin efirində ƏLBƏYAXA DAVA - VİDEO

Hazırda oxunan: Xəzər TV-nin efirində ƏLBƏYAXA DAVA - VİDEO

116579

Ötən gün “Xəzər” televiziyasının efirində yayımlanan “Təsir dairəsi” ictimai-sosial verilişində qalmaqallı anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, sözügedən verilişə pənah gətirən Tərtər sakini Tariyel adlı şəxs iddia edib ki, həmyerlisi Rasim adlı şəxs manyakdır. 

Tarıyelin sözlərinə görə, həmin şəxs onların hamamlarında gizlənib və daha sonra oradan qaçıb. İttiham olunan Rasimin oradan qaçdığını isə Tarıyelin xanımı və qızı görüb.  

Həmin anlar müşahidə kameraları tərəfindən qeydə alınıb. Sözügedən görüntüləri Tarıyel verilişə təqdim edib.  

Proqramda bir neçə gün davam edən tərəflər arasında mübahisə daha da alovlanıb. 
Veriliş bitdikdən sonra ikili bir-birini ağır sözlərlə təhqir edərək, əlbəyaxaya çıxıblar. Onları kanalın mühafizəçiləri ayırıb. Həmin görüntülər verilişin növbəti buraxılışında nümayiş olunub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO