Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO 

Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO 

116474

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. 

Bizim.Media xəbər verir ki, Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutan görüş barədə XİN başçısı rəsmi “Twitter” hesabında məlumat verib. 

“Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşdük.

Görüş zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi eləcə də regiondakı son vəziyyətlə bağlı məsələlər müzakirə edildi”, - deyə azərbaycanlı diplomat qeyd edib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO