İsmayıllıda Regional Gənclərin II İnkişaf Forumu keçirildi – FOTO

İsmayıllıda Regional Gənclərin II İnkişaf Forumu keçirildi – FOTO

Hazırda oxunan: İsmayıllıda Regional Gənclərin II İnkişaf Forumu keçirildi – FOTO

116431

Regional Gənclərin II İnkişaf Forumu çərçivəsində regionda yaşayan, təhsil alan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclərlə görüş keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, 250-dən artıq gəncin iştirakı ilə təşkil edilən Forumda region gənclərinin inkişaf perspektivləri, fəaliyyət istiqamətlərindən danışılıb.

Forum çərçivəsində Gələcək Naminə İctimai Birliyi, İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Forumda ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, bu sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsində gənclərin aktiv iştirakının təmin edilməsi məsələləri də müzakirə edilib.

Forum iştirakçıları rayonun sosial-iqtisadi inkişafı ilə tanış olub, həyata keçirilən layihələr barədə məlumatlandırılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO