Niderland səfiri Türkiyə XİN-ə çağırıldı - Quranın cırılmasına görə

Niderland səfiri Türkiyə XİN-ə çağırıldı - Quranın cırılmasına görə

Hazırda oxunan: Niderland səfiri Türkiyə XİN-ə çağırıldı - Quranın cırılmasına görə

116386

Haaqada Quranın vərəqlərinin cırılması ilə bağlı Niderland səfiri Joep Vijnand Türkiyə XİN-ə çağırılıb.

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

"Biz Niderlandın Haaqa şəhərində İslam əleyhdarı şəxsin müqəddəs kitabımız Quranı hədəf alan alçaq hücumunu ən kəskin şəkildə pisləyirik" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Niderlandda PEGIDA adlı anti-islam təşkilatının lideri Edvin Vaqensveld Haaqa polisinin birbaşa nəzarəti altında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin vərəqlərini cırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO