Hər il donan Qoşa şəlalə - FOTO/VİDEO

Hər il donan Qoşa şəlalə - FOTO/VİDEO

Hazırda oxunan: Hər il donan Qoşa şəlalə - FOTO/VİDEO

116383

"Ləzə kəndi dəniz səviyyəsindən təxminən 1800 metr hündürlükdə yerləşir. Bu səbəbdən hər il qış mövsümündə buradakı şəlalələrin hamısı donur və yaz aylarında  buzlar əriyir".

Bu sözləri əslən Ləzə kəndindən olan Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin direktoru Arif Xəlilov Bizim.Media-nın donmuş şəlalələrlə bağlı sorğusuna cavabında səsləndirib.

"Ləzə kəndində 7 şəlalə var. Onlardan ən məşhuru Qoşa şəlalədir.Aralarında 20 metr məsafə olan qoşa şəlalə ekstremal idman növü ilə məşğul olan dağ idmançılarının müntəzəm baş çəkdiyi məkandır.
Buza dırmanma üzrə respublika və beynəlxalq yarışlar Qoşa şəlalənin yanında keçirilir. Bu yarışlarda mərkəzdən gəlmiş idmançılarla yanaşı, Ləzə kəndindən olan idmançılar da fəal iştirak edir. Onlardan Qalib Şıxrəhimov və Gülnar Pirəliyeva müxtəlif respublika və beynəlxalq yarışlarda uğur qazanıblar" - deyə Xəlilov qeyd edib.

O, Ləzə kəndinin sol hissəsində yerləşən Qoşa şəlalənin spesifik xüsusiyyətlərini də açıqlayıb:

"Qoşa şəlalə mart ayının sonunda əriyəndə şəlalənin birindən dupduru su, birindən bulanıq su gəlir. Belə qənaətə gəlinir ki, təmiz su dağdakı su mənbəyindən və əriyən  qar suyundan gəlir. Şəlalənin digərindən axan bulanıq suyun isə dağdan gil qatına qarışan su olduğu deyilir".
Ləzə kəndində növbəti buza dırmanma yarışının fevralın 3-4 - də keçiriləcəyi bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO