Zelenski hökumətində bu günün 4-CÜ İSTEFASI

Zelenski hökumətində bu günün 4-CÜ İSTEFASI

Hazırda oxunan: Zelenski hökumətində bu günün 4-CÜ İSTEFASI

116333

Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker istefa verib.

Bizim.Media “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.

Nazir müavini vurğulayıb ki, qərarı ilin əvvəlində versə də, bu, indi reallaşıb.

İstefanın səbəbi açıqlanmayıb.

13.26***

“Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir.

M.Podolyak bildirib ki, bu ictimai tələbin nəticəsidir.

12.20***

Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov istefa verib.

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, nazir Oliksiy Reznikov istefaya razılıq verib.

O, ərzaq məhsullarının alınması ilə bağlı qalmaqaldan sonra vəzifəsindən azad edilib.

Həmçinin Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad edilib.

Bu barədə ölkə Prezidenti Volodimir Zelenski müvafiq sənəd imzalayıb. A.Simonenkonun vəzifəsindən azad edilməsinin səbəbi hələ açıqlanmayıb.

10.26***

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko istefa verib.

Bizim.Media “Unian"a istinadən xəbər verir ki, onun istefasının səbəbi hələ məlum deyil.

"Ukrayna prezidenti Vladimir Zelenskiyə etimada və hər gün, hər dəqiqə yaxşı işlər görmək imkanına görə təşəkkür edirəm. Regional hərbi idarələrin hər bir rəhbərinə, şəhər merlərinə təşəkkürlər. Biz ölkənin ən güclü komandasını qura bildik. Siz olmasaydınız heç nə olmazdı" - deyə Timoşenko açıqlamasında bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Kirilo Timoşenkonun istefasını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç də istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO